Yuxarı

"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Qarabağ "keçmiş prezident"in (qondarma qurumun separatçı-terrorçu başçısı nəzərdə tutulur - red.) imzası ilə təhvil verilib, onun imzası ilə bütün dövlət orqanları ləğv edilib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hadisə həmin şəxsin "dqr-in prezidenti" olmasından 10-15 gün sonra baş verib:

"Cəmi 10 gün ərzində ikinci və üçüncü prezidentlərin komandaları uğurla bütün qurumları, bundan sonra da dqr-i ləğv etdilər".

Papoyan həmçinin bildirib ki, həmin qüvvələr Ermənistan hakimiyyətinə təzyiq göstərirlər. O, keçmiş prezidentlərin onilliklər ərzində apardığı danışıqların yalnız Qarabağın və ətraf ərazilərin nə vaxt və necə veriləcəyi ilə bağlı olduğunu da xatırladıb:

"Onlar Dağlıq Qarabağın verilməsi ilə bağlı danışıqlar apardılar, lakin Ermənistana gəldilər, dedi-qoduya başladılar, müxtəlif növ alimləri, saray jurnalistlərini işə götürdülər, onlar mifizm ideyasını cəmiyyətə yaydılar. Arxada isə danışıqlar aparıldı ki, hansı rayon nə vaxt verilsin!

"Artsax"ın bizim olmasını çox istərdim, amma arzularım haqqında danışmaq istəmirəm. İstəklərimizi siyasətin prioritetinə çevirməyə haqqımız yoxdur, vəzifəmiz real siyasətlə, Ermənistanın 29.743 kv.km ərazisinin möhkəmləndirilməsi, ölkəmizin milli sərhədlərinin möhkəmləndirilməsi və problemin həlli yolu ilə hərəkət etməkdir".

Tarix
2024.09.19 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla