Yuxarı

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

İran ətrafında baş verən hərbi qarşıdurma yalnız regionun siyasi xəritəsini deyil, qlobal logistika və nəqliyyat sistemini də dəyişməkdədir. ABŞ-ın nüfuzlu nəşri “Nyu York Tayms” (The New York Times) nəşri yazır ki, Yaxın Şərqdə hava məkanlarının bağlanması nəticəsində Avropa ilə Asiya arasında uçuş marşrutları kəskin şəkildə daralıb və alternativ yollar faktiki olaraq məhdud sayda təhlükəsiz dəhlizlərlə əvəzlənib. Bu dəhlizlərdən ən mühümü isə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən xəttdir.

Axar.az xəbər verir ki. bu barədə Avropada yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli qeyd edib.

“NYT-nin vurğuladığı kimi, İran, İraq və ətraf regionlarda artan risklər səbəbindən aviaşirkətlər bu ərazilərdən uzaq durmağa çalışır. Nəticədə qlobal hava nəqliyyatı xəritəsində yeni reallıq yaranıb. Avropa ilə Asiya arasında əlaqə artıq geniş və çoxşaxəli marşrutlar üzərindən deyil, dar və məhdud koridorlar vasitəsilə təmin olunur.

Bu proses təsadüfi deyil. Müasir müharibələr yalnız cəbhə xəttində getmir. Onlar ticarət yollarını, enerji xətlərini və nəqliyyat sistemlərini də hədəfə alır.

Digər beynəlxalq mənbələr də eyni mənzərəni təsdiqləyir. “Biznes İnsayder” (Business Insider) qeyd edir ki, aviaşirkətlər bağlanan hava məkanlarından yan keçmək üçün Cənubi Qafqaz üzərindən keçən dar marşruta yönəlir. “Faynənşl Tayms” (The Financial Times) isə Azərbaycanın hava məkanının hazırda qlobal tranzit sistemində kritik rol oynadığını vurğulayır.

Beləliklə, Azərbaycan yalnız coğrafi mövqe deyil, həm də funksional əhəmiyyət qazanır.

Bu vəziyyət Azərbaycanın geopolitik rolunu yeni səviyyəyə qaldırır. Əgər əvvəllər ölkə enerji dəhlizləri və quru nəqliyyat marşrutları ilə ön plana çıxırdısa, indi hava məkanı da strateji resursa çevrilir. Bu isə Azərbaycanın qlobal sistemdə rolunu daha da genişləndirir.

Eyni zamanda bu, riskləri də artırır. Daralan hava dəhlizləri təkcə iqtisadi imkan deyil, həm də təhlükəsizlik yükü deməkdir. Bir marşrutun üzərinə həddindən artıq yük düşməsi həmin xətti həm texniki, həm də hərbi baxımdan həssas nöqtəyə çevirir.

Bu kontekstdə Azərbaycan artıq sadəcə tranzit ölkə deyil. O, qlobal əlaqələrin davamlılığını təmin edən əsas düyün nöqtələrindən birinə çevrilir”, - o bildirib.

E.Həsənlinin sözlərinə görə, İran müharibəsi bir daha göstərdi ki, XXI əsrdə coğrafiya dəyişmir, amma onun mənası dəyişir:

“Dünən periferiyada görünən məkanlar bu gün qlobal sistemin mərkəzinə çevrilə bilər. Azərbaycan da məhz belə bir mərhələdədir”.

Tarix
2026.03.21 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla