Yuxarı

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat nazir Rəşad Nəbiyevə yeni müavin təyin edilib. Ölkə başçısının sərəncamı ilə bu vəzifəyə Rəşad Müsəllim oğlu Həsənov təyinat alıb.

Beləliklə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.

Axar.az Modern.az-a istinadən nazir müavinlərinin adlarını təqdim edir: Rəhman Hümmətov, Samir Məmmədov, Cavid Qurbanov, Elmin Məmmədov, Saməddin Əsədov və Rəşad Həsənov.

Rəhman Hümmətov 2021-ci ildən nazir müavini işləyir. 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub.
2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

Samir Məmmədov nazir müavini postuna 2022-ci ildə təyin edilib. O, 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb.

2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.

Cavid Qurbanov hazırkı vəzifəsində 2022-ci ildən işləyir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib.

1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini nəqliyyat tikintisi (dəmir yolu tikintisi və təsərrüfatı) ixtisası üzrə bitirib.

2004-cü ildə Tula Dövlət Universitetini bitirərək Texniki elmlər namizədi alimlik dərəcəsini alıb.

Elmin Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə 2024-cü ildə təyinat alıb. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.

Saməddin Əsədov 2025-ci ildə nazir Rəşad Nəbiyevə müavin gətirilib. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsili alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə magistr təhsili alıb. 2013-cü ildə ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş Strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirib.
2020-ci ildə ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak edib.

Rəşad Həsənov 2026-cı ildə müşavir postundan irəli – nazir müavin vəzifəsinə çəkilib. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2009-2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2012-2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Tarix
2026.03.20 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla