Yuxarı

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Xəbər verdiyimiz kimi, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Cəlal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluqda araşdırmalar aparılıb.

Axar.az Globalinfo.az-a istinadla Cəlal Çiftçinin kimliyini araşdırıb və bəzi faktları əldə edib.

1975-ci ildə anadan olan Cəlal Çiftçi jurnalistikaya 1992-ci ildə başlayıb.

Özünün verdiyi məlumata görə, müxtəlif televiziya kanallarında, o cümlədən ŞRT, TV 63 və ATV-də çalışıb.

2005-ci ildə “Şanlıurfa Olay” qəzetini təsis edib, daha sonra Olay Media Qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

2013-cü ildə Şanlıurfada “Özel Celal Çiftçi Anadolu Sağlık Meslek Lisesi” adlı təhsil müəssisəsini yaratdığını bildirib.

2022-ci ildə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi C.Çiftçiyə daimi mətbuat vəsiqəsi verib.

Cəlal Çiftçi 2023-cü ildə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) Şanlıurfa üzrə deputatlığa namizədliyini irəli sürüb.

O, Şanlıurfada fəaliyyət göstərən “Şanlıurfa Olay” qəzetinin təsisçisi və Anadolu Media Birliyinin sədr müavinidir.

Tarix
2026.10.16 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla