Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat
18:59
| Ana səhifə Hadisə |
|
Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mersedes" markalı özuqaldıran yuk avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Turqay Əhməd oğlu Qasimovun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
|
Tarix
2026.10.16 / 18:27
|
Müəllif
Axar.az
|