Yuxarı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Rəşad Həsənov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.

Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur.

Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb.

Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda doğulub.

2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr oxuyub.

2009-2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2012-2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

2010-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

2012-2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.

2018-2021-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.

2018-2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrini tutub.

2020-2021-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub.

2021-2026-cı illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

İngilis və rus dillərini bilir.

Ailəlidir.

Tarix
2026.03.20 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla