Yuxarı

Almaniya bu türk ölkəsinə milyardlar yatırır, Bakıya isə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Almaniya arasında 2023-cü ildə ticarət dövriyyəsi 1,8 mlrd. dollar olub. Bu ilin ilk 7 ayında keçən ilə nisbətən ticarət dövriyəmiz 13,2% azalaraq, 848 mln. dollara düşüb. Səbəb odur ki, keçən ilə nisbətən neft qiymətləri düşüb deyə, dövriyyə də azalıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Azərbaycanda Almaniyanın 154 şirkəti çalışır, ölkəmizə almanlar ötən illər ərzində cəmi 572 mln. dollar investisiya qoyublar ki, bu vəsaitin də böyük hissəsi enerji sahəsidir.

Ekspert Almaniyanın Qazaxıstana marağını müqayisəli təqdim edib:

“2023-cü ildə Qazaxıstanın Almaniya ilə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 41% (!) artaraq 4 mlrd. dollara yaxın olub. 2024-cü ilin ilk 7 ayında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqaisədə 1,5 dəfə artaraq, 2,3 mlrd. dollara çatıb. Qazaxıstanda 1100 Almaniya şirkəti çalışır, təkcə keçən il Almaniya şirkətləri Qazaxıstana 770 mln. dollar investisiya qoyublar.

Olaf Şoltsun Qazaxıstana səfəri zamanı iki ölkə arasında yaxın 10 ildə reallaşdırılması nəzərdə tutulan 66 iri sənəd, layihə imzalanıb. Bu layihələrin ümumi investisiya tutumu 55 mlrd. dollar olacaq. Yaxın 10 ildə tək bu 66 iri investisiya layihələri çərçivəsində Qazaxıstanda 100 min yeni iş yeri açılacaq. Onu da deyim ki, Qazaxıstan hökuməti 2030-cu ilə qədər digər dövlətlərlə birgə investisiya layihələri hazırlayıb qəbul edib – 2030-cu ilə qədər Qazaxıstana, təxminən, 150 mlrd. dollar xarici investisiya cəlb olunacaq”.

N.Cəfərlinin sözlərinə görə, Qazaxıstanın investisiya cəlbediciliyi son illər xeyli artıb:

“Moody's”, “Fitch” kimi nüfuzlu reytinq agentlikləri Qazaxıstanın notunu yüksəldərək, “investisiya qoyula biləcək ölkə” səviyyəsinə qaldırıb. Bu qərarı verəndə yazıblar ki, Qazaxıstanın idarəetmə və siyasi islahatları, məhkəmə sistemindəki müsbət dəyişikliklər reytinqin artmasında mühim rol oynayıb”.

Qeyd edək ki, Orta Asiyanın ən böyük ölkəsi olan Qazaxıstanın ərazisi 2.724.900 kv.km, əhalisi isə 20 milyondan çoxdur. Qazaxıstan eyni zamanda Çinin qonşusu kimi AB-nin ən çox marağında olan ölkələrdən biridir.

Tarix
2024.09.17 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla