Yuxarı

Kanadalı nazir müavini Xankəndi və Şuşada - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Ontario əyalətinin psixi sağlamlıq və asılılıqlar üzrə nazir müavini Maykl Tibollo (Michael Tibollo) Azərbaycana səfəri çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub.

Axar.az xəbər verir ki, əvvəlcə Xankəndinə gedən qonaq şəhərlə tanış olub və Qarabağ Universitetinin rəhbərliyinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları ilə apardığı fikir mübadiləsində yaxından iştirak edib.

Daha sonra Şuşaya yola düşən nazir müavini Maykl Tibolloya şəhərin tarixi, erməni işğalı dövründə törədilən vandalizmlər və işğaldan azad olunduqdan sonra aparılan təmir-bərpa, yenidənqurma işləri haqqında məlumat verilib. “Güllələnmiş heykəllər” abidəsi, Şuşa qalası, Cıdır Düzü və digər görməli yerləri ziyarət edib.

Qeyd edək ki, Maykl Tibollo Şuşaya səfəri ərəfəsində “Maddə istifadəsi pozğunluqlarının müalicəsi üçün uzunmüddətli yaşayış terapevtik icmalarının effektivliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək klinik psixologiya üzrə doktorluq dərəcəsinə yiyələnib.

Tarix
2024.09.17 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla