Yuxarı

Milli Məclis Eynulla Fətullayevi müzakirə edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Azərbaycanda "casus qalmaqalı" məsləsi müzakirə olunub.

"Axar.az" xəbər verir ki, Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc iki gün öncə ölkə mətbuatında yer alan "casus qalmaqalı" məsələsinə toxunub.

Onun fikrincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil:

"Mətbuat səhifələrində kompromat savaşları hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. Casus qalmaqalı ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpus nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta Maqnitsk Qanununu Azərbaycana tətbiq etməyə çağırışlar var",– deyə, millət vəkili söyləyib.

Z.Oruc sözlərinə əlavə edib ki, səfilirklər, xüsusən də Azərbaycanda müxtəlif dövlərdə kəskin geopolitik maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar.

Onun fikrincə, Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil:
"Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı mühüm siyasəti var. Biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var".

Buna cavab olaraq Milli Məclisin sdəri Oqtay Əsədov bildirib ki, bunu bilmək üçün ölkədəki gündəlik qəzetləri oxumaq kifayətdir:

"Amerika səfirliyininin xanım Vinsent adlı işçisi var idi. O, indidən Azərbaycanda keçiriləcək Olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona "Miledi" deyirlər. Odur ki, belə miledilər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq".

Tarix
2014.02.14 / 12:32
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla