Yuxarı

Çexiyanın Avropada 3-cü ən böyük ticarət tərəfdaşıyıq - Əhmədzadə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur. Azərbaycan Çexiyanın Avropada 3-cü ən böyük ticarət tərəfdaşıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Məmməd Əhmədzadə Çexiya Respublikasının Dövlətçilik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səsləndirib.

Dost çex xalqını bayram münasibətilə təbrik edən XİN rəsmisi bildirib ki, xüsusilə, enerji, təhsil, mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bildirib ki, ticarət dövriyyəmiz də xeyli artıb. Ölkələrimiz arasında münasibətlərin səmərəli əməkdaşlığa əsaslandığını vurğulayan M.Əhmədzadə son dövrlərdə qarşılıqlı səfər və təmasların artdığını deyib.

“Əminik ki, birgə səylərimizlə ölkələrimiz arasında əlaqələr daha da inkişaf edərək dərinləşəcək”, - deyə XİN rəsmisi vurğulayıb.

Tarix
2024.09.25 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

Ceyhun Bayramov Co Baydenlə görüşdü - Foto

Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Türkiyənin “Alpin” PUA-sı Bakıda - Foto

Rusiya nüvə doktrinasını buna görə dəyişdi – Ünal Atabəy

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla