Yuxarı

İrəvan Moskvaya qarşı həddini aşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Moskvaya qarşı həddini aşır

Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və göründüyü kimi, beynəlxalq ictimaiyyət artıq bu məsələyə daha obyektiv münasibət sərgiləyir.

Bu barədə Axar.az-a analitik Vüqar Zifəroğlu açıqlama verib. Analitik Rusiya ilə Ermənistanın hazırkı münasibətlərinə diqqət çəkib:

"Azərbaycan heç bir halda öz torpaqlarından bir qarış olsa belə, güzəştə getməyəcək. Rusiya ilə Ermənistanın hazırkı münasibətləri maraq doğurur. Ermənilərin ruslara irəli sürdüyü başlıca iki iddia - Rusiyanın müttəfiqi ilə müharibə edən bir ölkəyə silah satması və Ermənistan ərazisində olan rus qoşunlarının müharibəyə birbaşa müdaxilə etməməsidir. Moskva isə İrəvanın hər iki iddiasına cavab verdi. Bildirildi ki, Azərbaycan silahı Rusiyadan almasa, başqa bir ölkədən alacaq. İkincisi isə Rusiya yalnız Ermənistana birbaşa müdaxilə olacağı təqdirdə qarışmaq öhdəliyini diqqətə çatdırıb. Bütün bunlar təbii ki, suverenliyini Rusiyaya bağışlamış və Qafqazada hazırkı statusu ilə bir quberniya funksiyasını icra edən Ermənistanı qane etmir. Hesab edirəm ki, Ermənistanda başalyan anti-Rusiya etirazları müvəqqəti xarakter daşıyacaq. Ermənilər çox yaxşı bilirlər ki, Rusiyanın dəstəyi olmadan onların mövcudluğu sual altında qalacaq. Moskva da məhz buna görə erməniləri ciddiyə almır. Ermənistanda Rusiyaya qarşı etirazlar, sadəcə, kölənin öz ağasına incikliyini ifadə edir".

Qeyd edək ki, Dmitri Roqozinin Moskvanın strateji tərəfdaşı kimi Azərbaycana silah satmaqda davam edəcəyini bildirməsi ermənilərin narazılığına səbəb olub. Bundan sonra ermənilər Moskvanı xəyanətdə ittiham edərək Rusiya əleyhinə etiraz aksiyalarına balşayıblar.

Tarix
2016.04.13 / 12:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla