Yuxarı

Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Villers-Cotterets və Paris şəhərlərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrin daxil edilməsi ilə bağlı Bakı Təşəbbüs Qrupu bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"Mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir.

Beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatınə fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa Hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edir.

Xatırladırıq ki, Kanakidə (Yeni Kaledoniya) kanak xalqının hüquq və azadlıqlarının Fransa Hökuməti tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq keçirilən dinc etiraz aksiyalarına cavab olaraq, 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Aksiyaların 10-a yaxın iştirakçısı siyasi məhbus kimi Fransa metropoliyasının həbsxanalarında təzyiqlərə məruz qalırlar:

Maohi Nuidə (Frans Polineziyasında Fransa hökuməti azadlıq və yerli adət-ənənələrin səsi olan “Tefana Radio”sunu hər vəchlə bağlanmasına çalışır.

Fransa Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsini qadağan edir.

Qeyri-qanuni ilhaq etdiyi Qəmərin Mayot adasında Fransa hökuməti Balladur vizasını tətbiq edir, Mayotun Qəmərin digər qardaş adaları ilə əlaqə saxalamasının qarşısını alır və bununla da, Mayotun yerli xalqının öz mədəniyyətini, dilini və adət-ənənəsini unutmağa və Fransa mədəniyyətinin qaydaları ilə yaşamağa məcbur edir.

- Fransa hökuməti Fransız Qvianası, Martinik və Qvadelupada assimilyasiya siyasətini tətbiq edərək yerli dilləri ikinci plana atır və aborigen uşaqlara yerli tarixi, coğrafiyasını, mədəniyyətini nəzərə almayan Fransanın tədris sistemi üzrə təhsil almağa məcbur edir.

Bu, Fransanın dənizaşırı ərazilərində törətdiyi və bu gün də törətməyə davam etdiyi saysız-hesabsız cinayətlərinin kiçik siyahısıdır.

Fransa keçmiş və indiki müstəmləklərində məqsədli şəkildə milli kimliyin məhv edilməsi siyasəti yürüdür və təssüf ki, böyük ölçüdə buna nail olmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu olaraq Beynəlxalq Frankofoniya Təşkilatına aşağıdakı çağırışları edirik:

- Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi tərəfindən Fransa Hökumətinin bu cinayətlərini pisləyən bəyanatın verilməsi;

- Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü zamanı Fransanın törətdiyi cinayətlərlə əlaqədar xüsusi sessiyanın keçirilməsi;

- Fransanın əsarəti altında qalmağa davam edən ərazilərdə törədilən cinayətlərlə əlaqədar xüsusi araşdırma komissiyasının göndərilməsi. Komissiya tərəfindən tərtib ediləcək hesabatın BMT-nin dekolonizasiya üzrə xüsusi komitəsinə təqdim edilməsi. Bakı Təşəbbüs Qrupu ərazilərə göndəriləcək komissiyanın işin öz ekspert dəstəyini verməyə hazırdır;

- Fransa koloniyalarında dövlət orqanlarında, rəsmi yazışmalarda, məhkəmələrdə və s. ictimai yerlərdə fransız dilinin məcburi istifadəsindən imtinaya dair Fransa hökumətinə çağırış edilməsi".

Tarix
2024.10.05 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Naxçıvana ayrılan vəsaiti 3,5 dəfə azaltdı

Əli Nağıyev Astanada mühüm tədbirdə...

Ermənilərin COP29-la bağlı cəfəng iddiası... - Rəsmi Bakı

Əsədov Minskdə yaşayış massivində oldu

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla