Yuxarı

FHN-dən silsilə maarifləndirmə tədbirləri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Xəzər rayonu 216 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Xələnc kənd ümumi orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı “ASAN xidmət” mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən Qusar şəhər 4 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayon Qaynaq kənd ümumi orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbində və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2024.10.05 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...

İlham Əliyev Naxçıvana ayrılan vəsaiti 3,5 dəfə azaltdı

Əli Nağıyev Astanada mühüm tədbirdə...

Ermənilərin COP29-la bağlı cəfəng iddiası... - Rəsmi Bakı

Əsədov Minskdə yaşayış massivində oldu

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla