Yuxarı

MSK sədri Qazaxıstanda referendumu müşahidə edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2024-cü oktyabrın 6-da Qazaxıstan Respublikasında keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Axar.az-a verilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidə aparacaqlar.

Tarix
2024.10.05 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...

İlham Əliyev Naxçıvana ayrılan vəsaiti 3,5 dəfə azaltdı

Əli Nağıyev Astanada mühüm tədbirdə...

Ermənilərin COP29-la bağlı cəfəng iddiası... - Rəsmi Bakı

Əsədov Minskdə yaşayış massivində oldu

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla