Yuxarı

Əli Nağıyev Astanada mühüm tədbirdə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib. İclasda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən qəbul ediliblər. Sonra şuranın iclası öz işinə başlayıb.

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilmiş və ətraflı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılmışdır.

Tarix
2024.10.05 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi

İsrail hücumu: SEPAH komandiri də öldürüldü

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla