Yuxarı

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

ABŞ və ya İsrail İranın hərbi mərkəzlərinə hava zərbələri endirərsə, bu, bölgədə gərginliyi artıracaq. Bu zərbələrin nəticəsində İrandakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. İranın mühafizəkar dairələrinin nümayəndələri əvvəlki açıqlamalarında bildiriblər ki, İran ərazisinə zərbələrin endiriləcəyi halda ABŞ-ın və İsrailin bölgədəki bazalarını hədəf seçəcəklər. Bazalar adı altında ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri də nəzərdə tutula bilər. Bu səbəbdən ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri təhlükəsizlik tədbirlərini artırıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İsrailin İrana zərbələr endirmək istəyi çoxdan bəllidir:

“İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyir. ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə verməyib, üstəgəl, İranın ali dini lideri Əli Xamenei Donald Trampın adını çəkmədən, “Sən kimsən ki, bizə yol göstərirsən” şəklində Ağ Ev sahibinə mesaj göndərib. Bu o deməkdir ki, Əli Xamenei nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinədir. Mövcud durum Benyamin Netanyahunun işinə yarayır.

İsrailin işinə yarayan daha bir hadisə baş verib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul edib. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulanıb. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirməyib. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan edib ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana sahibdir” açıqlaması İsrailə və ABŞ-a İrana qarşı düyməyə basmaq üçün kifayət edir”.

Tarix
2025.06.12 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla