Yuxarı

AB-yə daxil olmaq üçün müraciət edəcəyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-yə daxil olmaq üçün müraciət edəcəyik

Ermənistan gələn il Avropa Birliyinə (AB) daxil olmaq üçün müraciət edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə "Avronyus" telekanalı tərəfindən təşkil olunmuş "Avropanın gələcəyi" sammitində çıxışında bildirib.

Onun sözlərinə görə, son vaxtlar Brüsseldən müsbət siqnallar gəlir:

"Əvvəllər AB-nin genişlənməyə hazır olub-olmaması ilə bağlı şübhələr var idi. Lakin indi genişlənməyə güclü siyasi iradənin mövcudluğuna dair əlamətlər görünür. Bu isə Ermənistanın və Avropa Birliyinin gözləntilərinin üst-üstə düşə biləcəyi deməkdir. Mövcud vəziyyətlə bağlı qiymətləndirməm belədir. Bununla yanaşı, Ermənistanda da bu istiqamətdə irəliləmək üçün qəti siyasi iradə var".

Bundan əlavə, baş nazir qeyd edib ki, İrəvan yaxın iki il ərzində üzvlük üçün rəsmi müraciət edə bilər:

"Siz müraciətin verilməsini nəzərdə tutursunuz? Biz bunu bu il etməyə hazırlaşırıq. Bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin gələn il real ola bilər. Həmçinin 2028-ci il də mümkündür".

Paşinyanın sözlərinə görə, hazırda Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqa diqqətini cəmləyib:

"Məqsədimiz - 2029-cu ilə qədər viza rejiminin liberallaşdırılmasına nail olmaqdır. Bu, Avropa Birliyi ilə münasibətlərimizin inkişafında daha bir vacib mərhələ olacaq".

Tarix
2026.11.03 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla