Yuxarı

Nikol buna görə Türkiyəyə “qaçdı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol buna görə Türkiyəyə “qaçdı”

Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasının İran ətrafında baş verən hadisələrlə əlaqəli olduğunu düşünürəm.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Baş nazir Paşinyanın 20 iyunda Türkiyəyə səfər edəcəyi haqda məlumatı şərh edərkən deyib.

Politoloq xatırladıb ki, İran Ermənistanın əsas müttəfiqidir:

“Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək. Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmasa, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O, Ankarada Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı Ermənistan-Azərbaycan danışıqlarının hazırki vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Halbuki Ankaranın İrəvana ünvanladığı “əvvəlcə Azərbaycanla məsələləri həll edin” yanaşması dəyişməyib”.

Tarix
2025.06.13 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla