Yuxarı

Bu şəxslərə hər ay 1500 manat veriləcək - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə hər ay 1500 manat veriləcək - Adlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün, incəsənət xadimlərinə isə Prezident mükafatlarının verilməsi haqqında sərəncamlar imzalayıb.

Axar.az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Prezidentin fərdi təqaüdü 2002-ci il iyunun 11-dən verilir.

Təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.

2026-cı il üçün Prezidentin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.

İncəsənət xadimlərinə verilən Prezident mükafatının məbləği isə ayda 500 manat təşkil edir. Bu mükafat 1 il müddətinə verilir və əsasən incəsənət, mədəniyyət xadimlərinə, o cümlədən xalq artistləri və əməkdar incəsənət xadimlərinə şamil olunur. Bu gün Prezident mükafatçıları siyahısına 150 nəfərin adı düşüb. Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafat ala bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.

Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı şəkildə göstərilir.

Qeyd edək ki, dövlət başçısının mayın 7-də imzaladığı sərəncamla 11 nəfərə Prezidentin fərdi təqaüdü ayırılıb. Bunlar aşağıdakılardır:

Abbasov Adil Möhsün oğlu

Bağırova Sənubər Yusufovna

Həkimova Svetlana Calal qızı

Hüseynov Rövşən Maqsud oğlu

Mehdiyev Cahangir Yaqub oğlu

Məlik-Aslanov Ramiz Lütfəli oğlu

Məmmədov Alim Tahir oğlu

Məmmədova Rimma Şahbabayevna

Mustafayev Mustafa Şura oğlu

Nəsirova Hicran Fətəli qızı

Rəhimova Adilə Teymurovna.

İncəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam isə 150 nəfərə şamil olunub.

Tarix
2026.05.07 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla