Yuxarı

Emin açıqladı: Durov Bakıya niyə gəlmişdi? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:04

Azərbaycanlı iş adamı Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçakın “Diqqət: Sobçak” layihəsinə müsahibəsində Teleqramın yaradıcısı Pavel Durovun Bakıya səfərindən danışıb.

Axar.az xəbər verir ki, Ağalarov Durovun Bakı səfərindən, onunla ünsiyyətindən bəhs edib.

Sobçakın “Durov Bakıda neynirdi?” sualına Emin belə cavab verib:

“Bildiyim qədərilə Azərbaycanla, Bakı ilə tanış olmaq üçün gəlmişdi, o hətta rayonlarda da olub, hər yeri gəzib. Yeni ərazilərdə, Qarabağda olub, yəni bütün ölkəni gəzib. Bir neçə gün də “Sea Breeze”də qalıb”.

Aparıcı qeyd edib ki, hər kəs Durovun Bakıya gəlişini Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqələndirib.

İş adamının fikrincə isə bu tamamilə təsadüf olub.

Pavelin “Sea Breeze”də neçə gün qalması sualını Ağalarov belə cavablayıb:

“Məncə, çox qaldı. Amma dəqiq deyə bilməyəcəm. “Sea Breeze” vacib yerdir, Putinin Bakıya səfəri zamanı onun heyətindən olan bir çox rəsmi şəxslər öz istəkləri ilə burada qalıblar”.

Ağalarov Teleqram təsisçisinin “Sea Breeze”də qaldığı müddətdə hansı işlə məşğul olduğu sualını da cavablandırıb:

“Dəqiq bilmirəm, onun qrafikini izləmirdim. O, qaldığı müddətdə “Sea Breeze” də az-az olurdum. O, istirahət edib, restorana gedib. Onunla tanış oldum. Əslində, bizim Durovla yollarımız Dubaydakı “Jara” festivalında kəsişib. Dostum Hüseyn Həsənov (bloger) da onunla tanış olub. “Sea Breeze”in sahibi kimi mən tanınmış, uğurlu şəxslər qonağımız olduqda, təbii ki, yaxınlaşıb tanış oluram, təəssüratlarını öyrənirəm. Bizim Durovla çox səmimi görüşümüz keçdi. O, çox intelektual, tərbiyəli insandır. Onunla ümumi mövzuları müzakirə etdik”.

Tarix
2024.10.07 / 14:49
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

Putin sabah Əliyev və Paşinyanla görüşəcək

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

İlham Əliyev adından saxta məlumat yayıldı - Rəsmi

Zaxarovadan Bakı, Tiflis və İrəvana çağırış

MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası...

MN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov

ABŞ Bakıdan vaz keçməz, bu siyasi oyun isə... - Zülfüqarov

Rusiyada mühüm iclas: Bayramov çıxış etdi

Suriya və İraqdan 8 nəfər Bakıya repatriasiya edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla