Yuxarı

Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda o, ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı da Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Tarix
2024.10.07 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan istehsalı olan maşını vurduq - Rusiya MN-dən şok

Əhmədzadənin arxasında kim dayanır?

İlham Əliyevdən Ruanda lideri ilə görüşünə dair - Video

Gevorq Papoyan Zəngəzur dəhlizi üçün ABŞ-a gedir

Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı

Adnan Əhmədzadə harada və necə həbs edilib?

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu

Prezidentlərin təkbətək görüşü oldu

Azərbaycanın suverenliyi real səciyyə daşıyır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla