Yuxarı

Azərbaycana gəlib meşədə yatan əfqanlar tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana gəlib meşədə yatan əfqanlar tutuldu

Qanunsuz yolla Azərbaycan dövlət sərhədini pozan əcnəbilər Balakəndə saxlanılıb.

Axar.az lent.az-a istinadən bildirir ki, Əfqanıstan vətəndaşı olan 2 nəfər Türkiyəyə getmək üçün qanunsuz yollarla İrandan Azərbaycana keçiblər.

Onlar ifadələrində bildiriblər ki, Əfqanistanda maddi durumları pis olduğu üçün İranın paytaxtı Tehrana gəliblər. Burada yerli vətəndaşla tanış olaraq, iş tapmaq üçün Türkiyəyə getməyə qərar veriblər. Onlar İrandan birbaşa Türkiyəyə getməyin çox çətin olduğunu biləndən sonra “Quql Məps” tətbiqi ilə Azərbaycana keçməyi düşünüblər. Bu yolla əfqanlar gecə saatlarında qanunsuz olaraq, dövlət sərhədini pozaraq, Astara rayonuna Ərkivan qəsəbəsinə gəliblər. Gecəni meşədə yatıb səhər avtobusla Bakıya yollanıblar. Bakıdan isə Gürcüstana getmək məqsədilə taksi ilə 150 dollara Balakənə gediblər. Daha sonra gecə saatlarında Balakəndən Gürcüstana keçmək istəkləri isə alınmayıb. Sərhəd naryadı dövlət sərhədinə 20 metr qalmış onları müəyyən edərək “Dayan” əmri verib.

Nəticədə onlar saxlanılaraq, istintaqa təhvil veriliblər. Əfqanlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan qrup şəklində dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi açılıb.

Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə onların hər ikisi cəzalarını ümumi rejimli həbsxanada çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin onların cəzasını çəkəndən sonra ölkədən məcburi çıxarılması barədə qərar verilib və yenidən Azərbaycana gəlmələri qadağan olunub.

Tarix
2025.09.20 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla