Yuxarı

Həsrət Cəfərov yenidən dünya çempionatının finalında!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsrət Cəfərov yenidən dünya çempionatının finalında!

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sona yaxınlaşır.

Axar.az xəbər verir ki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kiloqramlarda mübarizəyə start verilib. Murad Məmmədov (63 kiloqram) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabı ilə qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.

Həsrət Cəfərov (67 kiloqram) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbə ilə yenidən dünya çempionatının finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı Olimpiya, dünya və Asiya çempionu Səid Esmaili ilə üz-üzə gələcək.

İslam Abbasov (87 kiloqram) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabı ilə məğlub olub.

Tarix
2025.09.20 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla