Yuxarı

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı və sıxlıq yaradacağı haqda sözlərini sosial şəbəkələrdə də geniş müzakirələr və reaksiyalar doğurub.

Axar.az bu müzakirə və reaksiyalardan bəzilərini təqdim edir:

Vüsal Məmmədov (jurnalist):

Metropolitenin rəisi Vüsal Aslanov elə bilir ki, əgər metro stansiyası yoxdursa, deməli, Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal sakinləri şəhərin mərkəzinə gəlmirlər. Adam Bakını Lük Bessonun "13-cü kvartal" filmindəki kimi gettolara bölünmüş təsəvvür edir. Cənab rəis, metro oldu-olmadı, həmin insanlar onsuz da şəhərin mərkəzinə gəlirlər. Sadəcə, daha əziyyətlə: yaxın metro stansiyasına qədər avtobusla, "manatlıq taksi" ilə çatır, sonra metro ilə yollarına davam edirlər.

Asif Mərzili (jurnalist):

Biz hələ də yetişməmişik. İnsanların azadlığını, sərbəst yaşamaq, gəzmək... hüququnu gör necə məhdudlaşdırmaq istəyirlər... Ərəblər “Torqovı”ya metro ilə gəlirlər?

“Bizim Yol”:

“Bir məmur ölkə vətəndaşlarının sərbəst hərəkətindən niyə narahat olsun ki? Niyə Masazır sakini Bakının mərkəzinə gəlməsin? Xəstəlik yayırmı?

Nə yeyib, nə içirsiniz, Vüsal müəllim?

Qadir Həzi (jurnalist):

Mənim də cənab V.Asalanova balaca bir təklifim var. Cənab V.Aslanov, yaxşı olmazdımı, söylədiyiniz və söyləmədiyiniz Bakıətrafı əraziləri hasara alıb post qurasız? Buraxılış saatı tətbiq edərsiniz. Bununla da şəhərin mərkəzini kənarda yaşayanlardan qoruyar və məhdud infrastrukturdan rahatlıqla isifadə edə bilərsiniz.

Bu, sadəcə təklifdir, nəzərə almaya da bilərsiz.

Tarix
2026.05.15 / 15:25
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

Konqresdə azərbaycanlılarla bağlı konfrans keçirildi

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla