Yuxarı

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.

Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.

Qeyd edək ki, WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.

Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda nəzarət tədbirləri gücləndiriləcək və bütün zəruri qabaqlayıcı tədbirlər görüləcək. Hüquq-mühafizə orqanlarının iştirakı ilə stansiyalarda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət gücləndiriləcək.

ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştiral edərək tədbir çərçivəsində “Şəhərlərin inkişafı və urbanizasiyada ADY-nin rolu” və “Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzularında infosessiyalar keçirəcək.

WUF13 günlərində hərəkət cədvəli barədə məlumatı dəmiryol kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Tarix
2026.05.15 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla