Yuxarı

Məktəblərdə geyim qaydaları ilə bağlı monitorinqlər başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə geyim qaydaları ilə bağlı monitorinqlər başladı

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.

Bu barədə Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti araşdırılıb.

Eyni zamanda, məktəblərdə müvafiq tələblərin icrasına nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması diqqətdə saxlanılıb.

Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar müəyyən edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub.

"Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.

Eyni zamanda bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışların qeydə alındığını təəssüflə bildiririk.

Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarına da rast gəlinib.

Qeyd edək ki, geyim qaydalarının icra vəziyyətinin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur", - idarədən bildirilib.

Tarix
2026.10.12 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla