Yuxarı

Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 10% və ya 548 milyon manat çoxdur.

Cari ilin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. Oktyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Nazirlikdən qeyd olunub ki, yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Tarix
2026.10.12 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Musayev heç kimi öldürmək istəməyib - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla