Yuxarı

Bakı metrosunun nizamnamə kapitalı 31,4% artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunun nizamnamə kapitalı 31,4% artırılır

Bakı Metropoliteni QSC-nin nizamnamə kapitalının 809 milyon 687,6 min manat və yaxud 31,4% artırılaraq 2 milyard 580 milyon 638,4 min manatdan 3 milyard 390 milyon 326 min manata çatdırılması planlaşdırılır.

Axar.az Report-a istinadla xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 14,14 manat olan 57 milyon 262,2 min ədəd yeni səhm buraxılacaq.

Bununla əlaqədar Bakı metrosunun Nizamnaməsinə dəyişiklik ediləcək.

Xatırladaq ki, bu il mayın 7-də Prezident İlham Əliyev "Bakı Metropoliteni"nin yenidən təşkil edilməsi, bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, səhmdar cəmiyyəti "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.

Dövlət başçısının bu il oktabrın 2-də imzaladığı fərmanla isə "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsi, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsi və tikintisi, maddi-texniki bazanın gücləndirilməsi və müasirləşdirilmə, xidmətlərin qarşılıqlı inteqrasiyası, vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi üzrə səlahiyyətlər əldə edib.

Tarix
2026.11.03 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla