Yuxarı

Xocalıda bu təsərrüfatlara mediatur təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalıda bu təsərrüfatlara mediatur təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edib.

Axar.az xəbər verir ki, mediatur iştirakçılarına işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Qeyd edilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 12621 şəxsin məşğulluğu təmin olunub. Onlardan 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 642 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 1538 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Media nümayəndələri Xocalı rayonunun Ballıca kənd sakinləri Eyvaz Əliyev və Aysel Əliyevanın, Badara kənd sakini Əsmət Miriyevayanın təsərrüfatlarında olublar.

Özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə E.Əliyev üçün arıçılıq, A.Əliyeva üçün isə qoyunçuluq təsərrüfatı yaradılıb. Ə.Miriyevaya isə cins damazlıq heyvanlar verilib və onun üçün maldarlıq təsərrüfatı qurulub.

Artıq Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb.

Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.11.03 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla