Yuxarı

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasında təşkil olunan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən general-mayor Zaur Rüstəmov təlimin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

Bildirilib ki, müştərək taktiki-uçuş təlimi ölkələr arasında imzalanmış "Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının Protokolu"na əsasən təşkil olunub.

Tədbirin proqramına uyğun olaraq iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.

Sonra HHQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Qarşılıqlı hədiyyə mübadiləsi aparıldıqdan və xatirə fotosu çəkdirildikdən sonra aviasiya vasitələrinə baxış keçirilib.

Tarix
2026.10.12 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla