Yuxarı

Qızdırma düşür, amma öskürək keçmir – Xəstəliklər niyə uzanır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızdırma düşür, amma öskürək keçmir – Xəstəliklər niyə uzanır?

Son dövrlər xəstələr arasında uzunmüddətli öskürək, halsızlıq və təngnəfəslik kimi şikayətlərə daha çox rast gəlinir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, xəstəliyin kəskin dövrü keçib, qızdırma düşsə də, sadalanan fəsadlar bəzən aylarla davam edir. Xəstəliklərin xroniki hala keçməsinin əsas səbəbi isə müasir insanın immun sistemindəki dəyişikliklərlə əlaqədardır.

Orqanizmin toksin yükü çoxalıb

İnteqrativ tibb mütəxəssisi, terapevt Gülnar Quliyeva qeyd edir ki, xəstəliklərin xronikiləşməsi immun sisteminin cavab reaksiyasının gecikməsi ilə əlaqədardır. Bunun isə əsas səbəbi müasir insan orqanizmində toksin yükünün artmasıdır. Ətraf mühit amili, qidalanma, yuxu rejimi və stress orqanizmdə toksinlərin artmasına, beləliklə də immunitetin müdafiə funksiyasının zəifləməsinə gətirib çıxarır.

İnteqrativ tibb yanaşması

İnteqrativ tibb yanaşmasında xroniki hala keçmiş virus infeksiyaları zamanı sadəcə virusəleyhinə preparatlarla müalicə aparılmır. Xəstəli̇kləri̇n müali̇cəsində bu metodlar tətbiq edilir:

- Dezintoksikasiya

- Drenaj orqanlarının aktivləşdirilməsi

- İmmunomodulyasiya

- Hüceyrə və humoral immunitetin tənzimlənməsi

- Regenerasiya

- Zədələnmiş hüceyrə və orqanın bərpası, funksiyasının aktivləşdirilməsi

Pasiyentin mədə-bağırsaq şikayətləri olmasa da, bağırsaq keçiriciliyi qiymətləndirilir və zərurət olduqda müalicə edilir. Eyni zamanda, qaraciyər və böyrəklərin funksiyalarına, limfa sisteminin fəaliyyətinə diqqət yetirilərək orqanizmin ümumi vəziyyətinin və immunitet funksiyalarının dəstəklənməsi hədəflənir.

İnteqrativ tibbdə əsas məqsəd öskürək və ya hər hansı digər simptomu müalicə etmək deyil, orqanizmin təbii bərpa prosesini sürətləndirməkdir. Bütün müalicə prosedurunda biotənzimləyici preparatlardan istifadə olunur ki, bu da kimyəvi dərman təsirlərini və asılılığı aradan qaldırır.

Tarix
2026.10.13 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla