Yuxarı

O erməni qadının mənə etdiklərini dana bilmərəm... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O erməni qadının mənə etdiklərini dana bilmərəm... - Foto

Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovun sabiq vəkili Erik Beqlaryan iddia edib ki, müvəkkilinə yaxşı münasibət göstərilib, təzyiq edilməyib və hüquqları qorunub. O, həmçinin Dilqəm Əsgərov barəsində çıxarılan hökmün qanuni olduğunu bildirib.

Axar.azz xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Dilqəm Əsgərov E.Beqlaryanın işgəncə ilə bağlı iddialarının əsassız olduğunu deyib.

O bildirib ki, Şuşa həbsxanasında işgəncələrə məruz qalıb:

“7 il Şuşa həbsxanasında qaldım. Orada mənə işgəncələr verirdilər. Döyüldüm, əzildim, barmaqlarım qırıldı, elektrik cərəyanı verdilər, dırnaqlarımı kəlbətinlə dartdılar. İndi deyir ki, işgəncə görməyib? Mənə çıxarılan hökm də qanunsuz idi. Mən öz torpağıma səfər etmişdim. Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim”.

D.Əsgərov əsirlikdə olarkən ona yaxşı davranan qadından da danışıb:

“Ermənistanın həmin dövrdəki ombudsmanı və “Hüquqi özbaşınalığa qarşı” QHT-nin rəhbəri Larisa Alaverdiyan sağ olsun. Mənə 5-6 dəst yeni, etiketləri üzərində olan geyimlər gətirmişdi. Hətta elə vaxt olub ki, mənim üçün qəzetə bükülmüş kotlet də gətirib. Bunları dana bilmərəm. Lakin ümumilikdə orada haqsızlığa və işgəncələrə məruz qalmışam”.

Tarix
2026.05.15 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla