Yuxarı

Ərdoğan Azərbaycana təşəkkür etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Azərbaycana təşəkkür etdi

“Rəqəmsallaşan türk dünyası” vizyonunu mənimsəməyimiz böyük əhəmiyyət daşıyır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin hazırlanması bu vizyonu şübhəsiz dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağın müstəqilliyimiz üçün də təhlükə yarada biləcəyinin fərqindəyik. Süni intellektin fərqli bir alətə çevrilməməsi üçün bu məsələyə düzgün yanaşmalı və onu fürsət pəncərəsi kimi qiymətləndirməliyik. Süni intellekt texnologiyalarının yaratdığı yeni risklərə qarşı da daim ayıq olmalıyıq. Məlumat bazalarımıza və kritik milli infrastrukturlarımıza yönələn yeni nəsil təhdidlər rəqəmsal transformasiyanın diqqətlə idarə olunmalı istiqamətlərindəndir. İnanıram ki, cəbr və alqoritmin banisi Xarəzmini, fəlsəfə və məntiqin dahilərindən Fərabini, əsərləri ilə tibb elminə işıq tutan İbn Sinanı, astronomiya elminin öncülləri Biruni, Uluqbəy və Əli Quşçunu yetişdirən bu münbit torpaqlarda yeni alimlər də yetişəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan çıxışında Azərbaycana təşəkkür edib.

“Növbəti zirvə görüşündə sizi Ankarada qəbul etməkdən məmnun olacağam. Bu fürsətdən istifadə edərək təşkilatımızın hazırkı sədri Can Azərbaycana ailə məclisimizin birliyinə verdiyi töhfələrə görə təşəkkür edirəm. Dəyərli qardaşım Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə də möhtəşəm ev sahibliyinə görə bir daha minnətdarlığımı bildirirəm. Mübarək Qurban bayramınızı indidən təbrik edirəm”, - Türkiyə prezidenti qeyd edib.

Tarix
2026.05.15 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla