Yuxarı

Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bu barədə Axar.az-a idarədən məlumat verilib.

Bildirilib ki, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir:

"Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır".

Vurğulanıb ki, piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar:

"Küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.

Tarix
2026.05.15 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla