Yuxarı

Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - Foto

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan şəhərində fiziki şəxs Natiq Səmədağa oğlu Babayeva məxsus fərdi yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb.

Axar.az xəbər verir ki, yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsində, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Həmçinin quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub.

Belə ki, məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Eyni zamanda kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Tarix
2026.06.24 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla