Yuxarı

Özbəkistanda bu rəqs Ginnesə düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistanda bu rəqs Ginnesə düşdü

Özbəkistanın məşhur "Əndican rəqsi" dünyada milli rəqsin ən kütləvi ifası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Əndican şəhərində keçirilən tədbirdə 20 min nəfər eyni vaxtda bu rəqsi ifa edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, "Əndican rəqsi" sürətli tempi və ifadəli əl hərəkətləri ilə seçilən özbək xalq rəqsi, eləcə də eyniadlı musiqi melodiyasıdır. Əvvəllər əsasən kişilər tərəfindən ifa olunan bu rəqs zamanla qadınlar arasında da geniş populyarlıq qazanıb.

"Özbək milli rəqs sənətinin tarixində möhtəşəm mədəni hadisə baş verib. Məşhur "Əndican rəqsi" rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib", - məlumatda bildirilib.

Rekord sayda iştirakçı rəqsi Əndican şəhərində yerləşən Babur Arena stadionunda ifa edib.

Rəqsin kütləvi ifası Əndicanın 2026-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə eyni dövrə təsadüf edib. Ginnes Rekordları təşkilatının rəsmi nümayəndəsi prosesi şəxsən izləyib və tədbirin bütün tələblərə uyğun keçirildiyini təsdiqləyib.

Bunun nəticəsində rekord rəsmi şəkildə qeydə alınıb.

Tarix
2026.06.24 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla