ADSEA sədri Naftalanda vətəndaşlarla görüşdü
18:20
| Ana səhifə İdman |
|
“Alpin” komandasının pilotu Esteban Okon texniki reqlamenti pozduğuna görə Azərbaycan Qran-Prisinin sıralama turunun protokolundan kənarlaşdırılıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, fransalı sürücünün bolidi sessiyanın sonunda texniki baxışdan keçə bilməyib.
FİA-nın məlumatına görə, Okonun arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.
Nəticədə, Okon Bakıdakı yarışa düzülüşün sonuncu pilləsindən başlamalı olacaq.
O, sıralama turunu 18-ci sırada bitirmişdi.
Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen sıralama turunun qalibi olub.
|
Tarix
2025.09.20 / 22:24
|
Müəllif
Axar.az
|