Yuxarı

MN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

General-leytenant Mais Bərxudarovun vəzifədən azad edilməsi ilə bağlı artıq 2 gündür mətbuatda müxtəlif xəbərlər tirajlanır. Hesab edirəm ki, Müdafiə Nazirliyi Mais Bərxudarovla bağlı rəsmi məlumat yaymalıdır ki, sosial mediada, yaxud digər platformalarda yanlış informasiyalar öz əksini tapmasın.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov İkinci Ordu Korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

“Mais Bərxudarovun özü yerli medianın suallarını cavablandırarkən faktı təsdiqləyib. “Yeni təyinat gözləyirsinizmi?” sualına isə “heç nə bilmirəm” deyə bir az da qəzəbli tonda münasibət bildirib. Düşünürəm ki, hər nə də olsa, Mais Bərxudarov Azərbaycan Ordusunun general-leytenantıdır. Onunla bağlı lazımsız söz-söhbətlərin yayılmaması üçün Müdafiə Nazirliyi açıqlama yaysa yaxşıdır”, - ekspert əlavə edib.

O, Mais Bərxudarovun şərti adı “Beyləqan işi” olan “Tərtər işi” ilə əlaqədar olaraq vəzifədən uzaqlaşdırılması haqda iddialara da münasibət bildirib:

“Buna münasibət bildirə bilmərəm, çünki əlimdə faktlar yoxdur. Əgər belə bir məsələ varsa, bununla bağlı da ictimaiyyətə açıqlama verilməlidir. Çünki həm Sumqayıt Məhkəmə Kompleksində, eləcə də Bakı Hərbi Məhkəməsinin hakimlərinin keçirdiyi proseslərdə bir neçə dəfə Mais Bərxudarovun adı hallanıb. Onun qərargah rəisi olmuş general Bəkir Orucov da məhkəməyə ifadəsi zamanı “yuxarı komandanlıq” deyərək, konkret olaraq tabe olduğu Mayıs Bərxudarova işarə vurub, bəzi açıqlamalar verib. Ümumiyyətlə, Mais Bərxudarovun adının bir çox xoşagəlməz olaylarda hallandığını mən də eşitmişəm”.

O, Müdafiə Nazirliyində təkcə Mais Bərxudarovla bağlı qərar verilmədiyini vurğulayıb:

“Bildiyimə görə, həm Quru Qoşunlarında, həm Müdafiə Nazirliyinin sistemində bir neçə generalın yerdəyişməsi olub. Bu yerdəyişmə, sərəncam, yaxud da rotasiya ilə bağlı yəqin ki, müəyyən məlumatlar verilsə, yaxşı olar. Yanaşmam ondan ibarətdir ki, kimliyindən asılı olmayaraq, istər döyüş generalı olsun, istər kabinet - hamı qanun qarşısında bərabər olmalıdır”.

Tarix
2024.10.07 / 14:59
Müəllif
Aytac Araz
Digər xəbərlər

Kərkükdə kritik siyahıyaalma: Türkmanların aqibəti necə olacaq?

Erməni hərbçilər və AB missiyası Gorusda təxribat törətdi - Video

İlham Əliyev Rusiyada səfərdədir - Foto

Paşinyan səhvini anladı: Əgər Bakıya gəlmək istəyirsə…

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

Putin sabah Əliyev və Paşinyanla görüşəcək

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

İlham Əliyev adından saxta məlumat yayıldı - Rəsmi

Zaxarovadan Bakı, Tiflis və İrəvana çağırış

MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla