Yuxarı

Kərkükdə kritik siyahıyaalma: Türkmanların aqibəti necə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Rəhbərliyində əhalinin sayının müəyyən edilməsi üçün 1957-ci ildən bəri ilk siyahıyaalma aparılacaq. Səddam Hüseynin devrilməsindən sonra demoqrafik strukturu xeyli dəyişmiş Kərkükdəki türkmanların siyahıyaalmaya necə daxil ediləcəyi maraq doğurur.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, iki ay davam etməsi gözlənilən siyahıyaalmada 20 min səlahiyyətli, 4 vilayət, 42 rayon, 154 nahiyə, 2 min 163 məhəllə və 5 min 533 kənddə müəyyənləşmələr aparılacaq. Bildirilir ki, yeni siyahıyaalma 1957-ci ildə əldə edilən məlumatlar əsasında aparılacaq.

Bölgədə türkmanlar, kürdlər və ərəblər üçün ciddi dəyişikliklər baş verib. Xüsusən də Kərkük türkmanları sürgün və assimilyasiya nəticəsində əhali itkisinə məruz qalıb.

Bu barədə “Haber Global"a açıqlama verən Kərkükdən olan türkman siyasətçi Əhməd Muradlı türkmanların siyahıyaalma ilə bağlı narahatlığını açıqlayıb. O, bölgənin demoqrafik quruluşu haqqında da əhəmiyyətli məlumatlar verib:

“Siyahıyaalmada türkmanların əksəriyyəti Kərkükdə yer alır. Şəhərin 60 faizi türkmanlar olaraq qeyd edilib. Demoqrafik strukturun dəyişdirilməsi monarxiya dövründən başlayır. Kərkük də Türkiyənin Milli Paktının sərhədləri daxilində yerləşir. Amma bu o demək deyil ki, Türkiyə bu bölgəni tuta bilər. Buna baxmayaraq, bölgənin əhali strukturunun dəyişdirilməsi nəzərdə tutulub və İraq dövləti türkmanların yaşadıqları bölgələri ərəbləşdirməyə başlayıb”.

Muradlı bildirib ki, Səddam administrasiyası Kərkükdə məskunlaşan kürdləri o dövrdə Ərbil və Süleymaniyyədən şimala göndərib: "O dövrdə məskunlaşan kürdlərin sayı 11 min 800 nəfər civarında idi. Lakin 2003-cü ildə Səddam devrildikdən sonra İraqın şimal administrasiyası bunu bəhanə edib, 1 milyon insanı Kərkükdə yerləşdirib. Mehmanxanaları, hamamları və məscidləri ilə Kərkükə kimlik qazandıran türkman əhalimiz azlıq təşkil edib”.

Siyasətçi siyahıyaalma üsulu ilə bağlı narahatlığını da dilə gətirib: "Uzun müddətdir ki, bu bölgədə Osmanlı İmperatorluğunun izlərini silmək planlaşdırılır. 100 ildir yaratdığımız qardaşlığı, sülhü, əmin-amanlığı məhv etmək istəyən böyük qüvvələr var. Siyahıyaalmada “Türkmansan”, “Kürdsən”, “Ərəbsən” kimi suallar olmasa da, siyahıyaalmanın texniki cəhətdən dəyişdiyini bilirik. Sonradan çox qəribə vəziyyətlərlə qarşılaşa bilərik. Türkmanlardan qovulanlar var. Bizi siyahıyaalmaya ümumiyyətlə daxil etməyəcəklər”.

Konstitusiyada mübahisəli bölgələr olaraq qeyd edilən Kürd bölgələri və Kərkükdə Ali Siyahıyaalma Komitəsinin etdiyi razılaşmaya görə, qruplar kürd, ərəb və türkman olmaqla 3 nəfərdən ibarət olacaq. Siyahıyaalma üçün formalar 3 fərqli dildə doldurulacaq.

Tarix
2024.10.07 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Putinlə ikitərəfli görüşlər keçirəcək

Prezidentdən sərəncam: Zakir Həsənova yeni müavin təyinatı

Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi

Erməni hərbçilər və AB missiyası Gorusda təxribat törətdi - Video

İlham Əliyev Rusiyada səfərdədir - Foto

Paşinyan səhvini anladı: Əgər Bakıya gəlmək istəyirsə…

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

Putin sabah Əliyev və Paşinyanla görüşəcək

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

İlham Əliyev adından saxta məlumat yayıldı - Rəsmi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla