Yuxarı

Azərbaycanda otellərdə kəskin bahalaşma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 3 ulduzlu otellərdə onlayn bronlaşdırma sistemi olan "booking.com" üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib.

Axar.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,1% çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7% azdır.

İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7% çoxdur.

3 ulduzlu otellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu otel olmayıb.

Naxçıvanda 3 ulduzlu otellərdə bir gecə qalmaq üçün 97,5 manata (+8,3%), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu otel olmayıb), Bakıda 82,8 manata (+26,4%), Lənkəranda 82,2 manata (+74,5%), İsmayıllıda 75 manata (-14,5%), Gəncədə 73,1 manata (+40,5%), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu otel olmayıb), Şəkidə 68,8 manata (+3,1%), Qusarda 65,8 manata (- 21,6%), Naftalanda 50 manata (qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 16%), Qaxda 45 manata (- 14,7%), Oğuzda 40 manata (+ 11,1%) başa gəlib.

Tarix
2024.10.07 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü

Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko

Zakir Həsənov özbək generalla görüşdü - Video

Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

Prezident Zakir Həsənova yeni müavin təyin etdi

Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi

Kərkükdə siyahıyaalma: Türkmanların aqibəti necə olacaq?

Erməni hərbçilər və AB missiyası Gorusda təxribat törətdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla