Yuxarı

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı çərçivəsində oktyabrın 2-dən 6-dək Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

Axar.az xəbər verir ki, əsas mövzusu “SEVGİ” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas proqramdan – müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün proqramlardan ibarət idi.

Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “SEVGİ” mükafatı ilə təltif olunublar.

Bağlanış mərasimi zamanı həmçinin 7-ci ANİMAFİLM Festivalının, “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.

Festivalın qalibləri:

- “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” nominasiyasında: “Pear Garden” (Armud bağı) filmi. Rejissoru Shadab Shayegan. Almaniya

- “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “The Family Portrait” (Ailə portreti) filmi. Rejissor Lea Vidakovic. Xorvatiya

- “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - GRAND PRIX” nominasiyasında: “The Night Tunnel” (Gecə tuneli). Rejissor Annechien Strouven. Belçika

- “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “Baking With Boris” (Boris ilə çörək bişirmək) filmi. Rejissor Maša Avramović. Fransa

- “Tamaşaçı rəğbəti” mükafatı: “İnanna”. Rejissor Rüstəm Bəşirov. Azərbaycan

- “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (Annecy-yə səyahət Mükafatı)” nominasiyası üzrə: “Çox düşünərkən”. Rejissor Zəhraxanım Quluzadə. Azərbaycan

- “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında xüsusi mükafat: “Zamanın arxasınca”. Rejissorlar Ayla Qasımova, Si Yi Lee. Azərbaycan, ABŞ

- Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı animasiya filmi”): “Wild Animal” (Vəhşi heyvan). Rejissor Tianyun Lyu. Çin

- Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi”): “Puddle” (Gölməçə). Rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde. Danimarka.

Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub.

Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib.

Tarix
2024.10.07 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

Prezident Zakir Həsənova yeni müavin təyin etdi

Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi

Kərkükdə siyahıyaalma: Türkmanların aqibəti necə olacaq?

Erməni hərbçilər və AB missiyası Gorusda təxribat törətdi - Video

İlham Əliyev Rusiyada səfərdədir - Foto

Paşinyan səhvini anladı: Əgər Bakıya gəlmək istəyirsə…

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla