Yuxarı

Paşinyan səhvini anladı: Əgər Bakıya gəlmək istəyirsə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan elə bilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvanla sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər imzalanmasında maraqlıdır. Bu səbəbdən Paşinyan Əliyevin istənilən, hətta yarımçıq sazişə imza atacağını zənn edirdi. Ancaq İlham Əliyev Ermənistanla yarımçıq sazişi nəinki noyabra qədər, hətta ilin sonuna qədər imzalanmasına maraq göstərmədi və bu mövzunu COP29 tədbirindən ayrı tutdu.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, yanıldığını anlayan Paşinyan sülh müqaviləsinin qısa zamanda imzalamağa tələsir:

“İndi o, Bakı ilə mətni tam hazır olmayan sazişi noyabra qədər imzalamaq üçün tələsir, bunun iki ölkə arasında barışıq üçün şans olduğunu düşünür. Bu baxımdan Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın “Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Fəaliyyəti Sammitinə (COP29) qədər Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edirik” ifadəsi Paşinyanın diktəsi ilə yazılıb. COP29 tədbirinə az qalıb. Paşinyan sazişin həmin tədbirə qədər imzalanmasında və özünün də Bakıya gəlib həmin tədbirdə iştirakında bu qədər maraqlıdırsa, Konstitusiya dəyişikliyinə getməlidir. Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq”

Tarix
2024.10.07 / 16:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

İlham Əliyev Putinlə ikitərəfli görüşlər keçirəcək

Prezidentdən sərəncam: Zakir Həsənova yeni müavin təyinatı

Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi

Kərkükdə kritik siyahıyaalma: Türkmanların aqibəti necə olacaq?

Erməni hərbçilər və AB missiyası Gorusda təxribat törətdi - Video

İlham Əliyev Rusiyada səfərdədir - Foto

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

Putin sabah Əliyev və Paşinyanla görüşəcək

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla