Yuxarı

Bu şirkət 20 min manat cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Yevlax rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, "Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin tikiş fabrikində müvafiq olaraq dərzi və sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Tarix
2024.10.07 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

İlham Əliyev Putinlə ikitərəfli görüşlər keçirəcək

Prezidentdən sərəncam: Zakir Həsənova yeni müavin təyinatı

Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi

Kərkükdə kritik siyahıyaalma: Türkmanların aqibəti necə olacaq?

Erməni hərbçilər və AB missiyası Gorusda təxribat törətdi - Video

İlham Əliyev Rusiyada səfərdədir - Foto

Paşinyan səhvini anladı: Əgər Bakıya gəlmək istəyirsə…

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

Putin sabah Əliyev və Paşinyanla görüşəcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla