Yuxarı

Başqalarının evində məskunlaşan 474 qaçqın geri qayıtdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyə qədər azad olunmuş ərazilərə köçən 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.

“Müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. İşğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçirilir. Bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində 2235 ailə, 8543 nəfərin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Onlardan 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir”, - qeyd olunub.

Tarix
2024.10.07 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Bakıya düşmən olan şəxsə vəzifə verdi

Putin sabah Əliyev və Paşinyanla görüşəcək

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

İlham Əliyev adından saxta məlumat yayıldı - Rəsmi

Zaxarovadan Bakı, Tiflis və İrəvana çağırış

MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası...

MN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov

Emin açıqladı: Durov Bakıya niyə gəlmişdi? - Video

ABŞ Bakıdan vaz keçməz, bu siyasi oyun isə... - Zülfüqarov

Rusiyada mühüm iclas: Bayramov çıxış etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla