Yuxarı

Əsədov iranlı nazirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədov iranlı nazirlə görüşdü - Foto

Aprelin 21-də kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Heydər Əsədov Azərbaycan və İran arasında iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.

Heydər Əsədov Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif olunması münasibəti ilə təbrik edib.

Nazir Heydər Əsədov Azərbaycan və İran arasında aqrar sahədə möhkəm müqavilə-hüquq bazası yaradıldığını, nazirliklər səviyyəsində kənd təsərrüfatının müxtəlif sahələri üzrə sazişlər imzalandığını diqqətə çatdırıb. İrandan barama toxumunun gətirilməsində göstərdiyi dəstəyə görə M.Vaeziyə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Heydər Əsədov İranın kənd təsərrüfatı nazirini Azərbaycana səfərə, eyni zamanda, iranlı iş adamlarını bu il mayın 19-21-də Bakı Expo Mərkəzində keçiriləcək "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

Nazir Heydər Əsədov toxumçuluq, tingçilik sahəsində müştərək müəssisələrin yaradılmasını, İranla birgə bitki və heyvan mənşəli dərman preparatları zavodunun tikilməsini, meyvə qurudulması, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və digər sahələrdə də əməkdaşlıq imkanlarının araşdırılması barədə təkliflərini, həmçinin kənd təsərrüfatı sahəsində İran-Azərbaycan əməkdaşlığına dair işçi qrupunun fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən M.Vaezi iki ölkə arasında əlaqələrin, iqtisadi, siyasi, ticarət və beynəlxalq sahədə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Kənd təsərrüfatı sahəsində, xüsusilə əkinçilik, heyvandarlıq, fitosanitar, baytarlıq sahəsində perspektiv əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edərək əlaqələrin inkişafı üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Tarix
2016.04.21 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla