Yuxarı

İlham Əliyev BMT nümayəndəsinə orden verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser tolerantlığın və dialoqun inkişafı baxımından ölkəmizin önəmini qeyd etdi, xüsusilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğindəki liderliyini yüksək qiymətləndirib.

Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edən Nassir Abdulaziz Al-Nasser bu ordenə layiq görülməsindən qürur hissi keçirdiyini bildirib. O, Prezident İlham Əliyevin BMT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi işində rəhbərliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətindən danışılıb, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolu xüsusi qeyd olunub, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.04.22 / 16:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla