Yuxarı

Bu, Sərkisyana çox baha başa gələcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Sərkisyana çox baha başa gələcək

Ermənilərin bu aqressiyası nəticə etibarilə Azərbaycanın daha ciddi tədbirlərə əl atması ilə nəticələnə bilər ki, bu da Ermənistan siyasi iqtidarına baha başa gələr.

Axar.az xəbər verir ki, bu sözləri cəbhədəki son vəziyyəti şərh edən analitik Vüqar Zifəroğlu deyib. Analitik Nalbəndyanın Sərkisyanı təkzib etməsini Rusiya XİN rəhbəri Lavrovun zəngi ilə əlaqələndirib:

"Ermənistan hər zaman Rusiyanın iradəsini icra edən bir quberniya olub. Sərkisyanın danışıqlara getməyəcəyi ilə bağlı məlum bəyanatından heç bir gün keçməmiş Nalbəndyanın bunun tam əksini söyləməsi ermənilərin necə absurd və gülünc vəziyyətə düşdüyünü göstərir. Görünür, Sərkisyanın məlum açıqlamasından sonra Lavrovun Nalbəndyana telelefon zəngi erməniləri tələsik bəzi korrektələr etmək məcburiyyətində qoyub".

V.Zifəroğlu ermənilərin mülki əhalini atəşə məruz qoymasını iki amillə izah etməyə çalışıb:

"Artıq neçə gündür yaşayış məntəqələrimizin intensiv atəşə tutulması əsasən iki səbəblə əlaqədardır: 1.Ermənistanın oyuncaq iqtidarı daxili auditoriyanı aprel məğlubiyyətindən sonra sakitləşdirməyə çalışır; 2. Özlərini Rusiyaya mövcud şəraitdə daha baha qiymətə satmağa çalışırlar.

Ermənilər yenidən apreldə itirdikləri mövqelərdən heç olmazsa, kiçik bir hissəni geri qaytarmağa cəhd edəcəklər. Ancaq onların bu aqressiyası nəticə etibarilə Azərbaycanın daha ciddi tədbirlərə əl atması ilə nəticələnə bilər ki, bu da Ermənistan siyasi iqtidarına çox baha başa gələr".

Qeyd edək ki, Ermənistanın son iki gün ərzində kəndlərimizi və mülki əhalini atəşə tutması nəticəsində Ağdamda 2 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb. Tərtər və Ağdam rayonlarında 110 ev, 2 məktəb, 2 bağça, 1 yarımstansiya dağılıb, fermer təsərrüfatlarına ziyan dəyib, mal-qara güllələnib.

Tarix
2016.04.29 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin energetika nazirini qəbul etdi

Liviya lideri də Bakıya gəldi

Türkiyədə mənzil ehtiyacı ciddi problemə çevrilib - Bulut

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

Bolqarıstan prezidenti Bakıya gəldi

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla