Yuxarı

Ermənistan sülhü gülləbaran etdi - Müharibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün atəşkəsi ciddi şəkildə pozan Ermənistan təsdiqləyir ki, hədəfi sülh planını gülləbaran etməkdir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Sərkisyan "danışıqlardan çıxırıq" deməklə əslində həqiqi planını açıqlayıb:

"Ermənistanın rəhbərinin siyasi cəhətdən səriştəsizliyi heç kimdə şübhə doğurmur. Birinci dəfə deyil ki, o, səhv qərar və açıqlama verdikdən sonra ətrafında olanların onu ya təkzib etdiyini, ya da fikirlərinin təhrif olunduğunu bildirir. Sərkisyan "danışıqlardan çıxırıq" deməklə əslində həqiqi planını açıqlayıb. Nalbəndyan isə onun fikrinə əks mövqe bildirməklə siyasi blefə əl atıb. Hər gün atəşkəsi ciddi şəkildə pozan Ermənistan təsdiqləyir ki, hədəfi sülh planını güləbaran etməkdir. Faktiki olaraq son illər İrəvan elə bununla məşğuldur. Ermənistan rəhbərliyi cəbhədə gərginliyi gücləndirməklə dünyaya təlqin edir ki, Qarabağda sülhə zəmin yoxdur və barışıq ola bilməz. Belə davam edərsə, Azərbaycan tezliklə hərbi yolla Ermənistanı məğlub edib öz ərazi bütövlüyünü bərpa edəcək".

Qeyd edək ki, Ermənistanın son iki gün ərzində kəndlərimizi və mülki əhalini atəşə tutması nəticəsində nəticəsində Ağdamda 2 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb. Tərtər və Ağdam rayonlarında 110 ev, 2 məktəb, 2 bağça, 1 yarımstansiya dağılıb, fermer təsərrüfatlarına ziyan dəyib, mal-qara güllələnib.

Tarix
2016.04.29 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla