Yuxarı

Deputat DİN-lə Gömrük Komitəsini əməkdaşlığa çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ayda gömrük orqanları iki böyük partiya narkotik vasitə aşkarlayıb.

APA-nın xəbərinə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.

Onun sözlərinə görə, tutulan 1 tondan artıq narkotikin qiyməti milyonlarla dollardır:

"Həmin narkotik Belçikaya göndərilirmiş. Azərbaycan BMT və digər qurumlarla əməkdaşlıq edib beynəlxalq sahədə də öz töhfəsini verməlidir. Narkotiki aşkar edənləri yüksək mükafata layiq görmək lazımdır ki, bu sahə ilə mübarizəyə diqqət daha da artsın. Daxili İşlər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir. Bizim müvafiq qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməlidir. O cümlədən İranla əməkdaşlıq edilməlidir. Çünki uzun müddətdir, İrandan ölkəmizə narkotik daşınır".

Millət vəkili son vaxtlar DİN-in ictimai asayişin təmin olunmasında, cinayətkarlığa, o cümlədən insan alverinə qarşı mübarizədə effektli işlər gördüyünü deyib.

Tarix
2016.04.29 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla