Yuxarı

Gürcüstanda xaos ssenarisi: nə baş verir? - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda xaos ssenarisi: nə baş verir? - Korotçenko

Gürcüstanda vəziyyət sabitliyə təhlükə yaradır. Qərb ölkələrinin səfirlikləri tərəfindən dəstəklənən müxalifət rəngli inqilab formatında dövlət çevrilişi planlarından əl çəkmək niyyətində deyil.

Bunu Axar.az-a açıqlamasında hərbi ekspert, Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, etiraz dalğası daha da aqressivləşəcək:

“Müxalifət Prezident Salome Zurabişvilinin antigürcü fəaliyyətinə güvənir. O, Cənubi Qafqazda sabitliyi pozmağa çalışan dövlətlərin əlində alətə çevrilib. Buna görə də müxalifətin artan etirazları və aqressiv hərəkətləri qaçılmazdır. Praktik olaraq, hökumət binalarına basqın, hakim partiya liderlərinin və hökumət üzvlərinin məhv edilməsi, təhlükəsizlik qüvvələrinə güc tətbiq edilməsi planlaşdırılır. Bu səbəbdən vəziyyət olduqca gərgindir. De-fakto söhbət hökumət çevrilişindən gedir. Gürcüstanın güc strukturları konstitusiyanı əsas götürərək hazırkı baş naziri dəstəkləməlidir”.

Ekspert vurğulayıb ki, bu hadisələr Maydan ssenarisini xatırladır:

“Avropa Birliyinin Tiflis hakimiyyətinə siyasi təzyiq siyasətini davam etdirəcəyini düşünürəm. Biz Avropa Birliyinin və Avropa Parlamentinin institutlarını və ən əsası, “böyük yoldaşların” (ABŞ və onun Avropadakı əlaltıları) əlində alət olan dövlətlərin qızışdırıcı rolunu görürük.

Məqsəd parlament seçkilərində qalib gələn legitim hökuməti istefaya məcbur etmək və yeni seçkilərə yol açmaqdır. Maydan ssenarisinin təkrarlanması ehtimalı böyükdür: müqəddəs qurbanlar, tələbələrin zorakılıqla dağıdılması, Tiflis küçələrində snayperlərin görünməsi və qan tökülməsi ilə hökumətin ittiham edilməsi. Gürcüstan xalqı və hakimiyyəti üçün yeganə yol çevrilişə cəhd edənləri güc vasitəsilə dayandırmaqdır. Kompromis mümkün deyil. Saakaşvilinin tərəfdarları dövlət çevrilişinə cəhdə görə məhkəmə qarşısında cavab verməlidir. Əks halda, Gürcüstan xaosa sürüklənəcək”.

Tarix
2024.12.03 / 11:09
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla